Telefon: (+994 12) 599 00 54 - (130)

E-poçt: journal.admiu@gmail.com

Jurnal haqqında

IMG-ABOUT

JURNAL HAQQINDA

"Elmi əsərlər" adlı elmi-nəzəri məcmuə 2007-ci ildə təsis olunub. Bu illər ərzində jurnalda kulturologiya (hal-hazırda yoxdur), muzeyşünaslıq, sənətşünaslıq, teatr sənəti, kino, televiziya və digər ekran sənətləri, təsviri sənət, musiqi sənəti və onların tədrisi metodikası sahəsində respublikamızda və onun hüdudlarından kənarda aparılan elmi tədqiqatlara həsr olunmuş elmi məqalələr dərc olunmuşdur. 2011-ci ildən etibarən isə jurnal beynəlxalq standart seriya (İSSN) ilə nəşr olunur. Jurnal ildə iki dəfə işıq üzü görür.

"Elmi əsərlər" elmi-nəzəri məcmuəsi Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının Rəyasət heyətinin 30 aprel 2010-cu il tarixli iclasında “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən elmi nəşrlər”in siyahısına daxil edilmişdir. Jurnal 25.12.2019 - cu il tarixində N 4278 saylı əmrlə Ədliyyə Nazirliyində yenidən qeydə alınmış və "ADMİU-nun elmi əsərləri" adlanır